Qətərdəki səfirimiz geri çağırıldı - Yerinə o təyin olundu

 Qətərdəki səfirimiz geri çağırıldı - Yerinə o təyin olundu

Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

"Asayis".az, Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Fail oğlu İsmayılov Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Mahir Əliyev daha əvvəl Suriyada səfir kimi çalışıb. 2015-ci ildə Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 2020-ci ildə isə Birləşmiş Ərəb Əmirliklərinə səfir kimi göndərilib. O bu ilin oktyabrında səfir vəzifəsindən geri çağırılıb.

Fotoda Rəşad İsmayılov 


12:56 - 28 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin