“Asayis.az", Qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Rəhman Mustafayev iqamətgahı Haaqa şəhərində olmaqla, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi təyin edilib.
Qeyd edək ki, R. Mustafayev bu ilin oktyabrında səfir təyin olunub.