Vasif Talıbovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu

 Vasif Talıbovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun ölkədən çıxışına “stop” qoyulub.

“Asasyis.az”ın Qafqazinfo-ya istinadən məlumatına görə, Naxçıvan Hava Limanından müalicə adı ilə ölkəni tərk etmək istəyən Seymur Talıbov saxlanılıb və ona ölkədən çıxışının məhdudlaşdırıldığı bildirilib.

Həmçinin oxuyun: В этом районе проведена спецоперация - задержаны чиновники

Sayt yazır ki, hazırda Seymur Talıbova məxus biznes obyektləri və digər məsələlərlə bağlı istintaq aparılır. Onun milyonlarla manat vəsaiti ölkə hüdudlarından kənara çıxararaq biznes qurduğu deyilir.

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetin prorektoru idi. O, həmçinin Ali Məclisin deputatdır.

12:06 - 28 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin