Salyanda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO

 Salyanda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO

Salyan rayonunda bir nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az "report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Opel" markalı avtomobil yolun kənarında dayanmış “Ford” markalı avtomobilin arxa hissəsinə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb və iki nəfər xəsarət alıb. Həmin şəxslərin xəsarəti yüngül olduğundan hadisə yerində onlara ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.

Ölən şəxsin meyiti isə müayinə üçün məhkəmə tibbi-ekspertizaya göndərilib.

Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

18:38 - 27 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin