Bərdədə “Qocalar evi” yandı

 Bərdədə “Qocalar evi” yandı

Bərdədə “Qocalar evi”ndə güclü yanğın baş verib.

Asayis.az-ın   məlumatına görə, şəhərin Cəlil Məmmədquluzadə küçəsində yerləşən “Qocalar evi”ndə elektrik naqillərində qısa qapanma baş verib. Hadisə zamanı ikimərtəbəli bina tamamilə yanaraq külə dönüb. 

Yanğında xəsarət alan olmayıb. Hadisə yanğınsöndürən maşın və 30-a yaxın canlı qüvvəsi cəlb edilib. Alov tam söndürülüb. Təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün əraziyə polislər cəlb edilib.

Qeyd edək ki, “Qocalar evi” bir müddətdir ki, fəaliyyətini dayandırıb. Binada Ağdam rayonundan olan üç məcburi köçkün ailəsi məskunlaşıb.

17:48 - 27 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin