Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü olub

 Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü olub

“Dekabrın 26-da MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə üçtərəfli görüş keçirməyə nail olduq”.

Asayis.Az sputnik armenia-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Sankt-Peterburqda bu gün baş tutan görüşdə deyib.

O bildirib ki, hazırda əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləridir:

“Razılaşdığımız kimi, biz bütün bu məsələləri ətraflı müzakirə edirik”.

15:33 - 27 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin