"Gözlərimi qırpmadan çəkildim" - Aynişan Quliyevadan YENİLİK

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva qeyri-adi addımı ilə diqqət çəkib. Asayis.Az xəbər verir ki, o, "Netflix"in məşhur "Wednesday" serialındakı rəqsə milli elementlər qataraq onu təkrarlayıb.

Aynişan bunu rəqqaslardan ibarət qrupla reallaşdırıb. Bloger dekabrın 12-dən bu iş üzərində çalışmağa başlayıb:

"4 saat donaraq, amma sevərək iş görmüşük. Əsas məsələlərdən biri odur ki, personaj, qətiyyən gözlərini qırpmır. Mən də gözlərimi qırpmadan çəkildim. Ümumiyyətlə, bu çəkiliş baş tutana kimi serialı üç dəfə izlədim ki, üz ifadəmi otuzdura bilim". 

14:28 - 27 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin