"Əl-Nəsr" klubunun Ronaldonun transferinə hazırlıq TƏFƏRRÜATLARI

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu portuqaliyalı hücumçu Kriştiano Ronaldoya tibbi müayinə təyin edib. Asayis.Az hazırlığının təfərrüatları barədə "CBS Sports"a mənbədən bildirilib.

Klub futbolçu və onun nümayəndələri üçün yaşayış yeri hazırlayıb.

Məlum olub ki, Ronaldonun "Əl-Nəsr"lə müqaviləsinin geniş şərtləri artıq razılaşdırılıb.

Qeyd olunur ki, komanda qış transfer pəncərəsinin əvvəlinə kimi hücumçu ilə müqavilə bağlamağı gözləyir.

Həmçinin, "Əl-Nəsr" transfer olacağı təqdirdə Ronaldonun baş məşqçi təyinatına qədər klubun idarəçiliyində böyük rol oynayacağını bildirib.

Qeyd edək ki, Kriştiano Ronaldo son klubu "Mançester Yunayted"lə qalmaqallı müsahibəsindən sonra yolları ayırıb.

14:12 - 27 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin