Azərbaycanda polis polkovnik-leytenantı faciəvi şəkildə öldü

 Azərbaycanda polis polkovnik-leytenantı faciəvi şəkildə öldü

Dekabrın 25-də İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində baş vermiş ağır qəzada xəsarət alan sürücü Qabil İsmayılov xəstəxanada vəfat edib. Asayis.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, “Honda” markalı avtomobillə toqquşan “BMW”ni idarə edən Q.İsmayılov polis polkovnik-leytenantı olub. O, daxili işlər orqanlarında bir sıra yüksək vəzifələrdə çalışıb.

Hadisə nəticəsində “Honda” markalı avtomobildə ölən sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev isə Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub. Hadisə zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

11:47 - 27 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin