Abşeronda mikroavtobus minik avtomobili ilə toqquşub -

 Abşeronda mikroavtobus minik avtomobili ilə toqquşub -

Abşeron rayonunda Məhəmmədi-Zabrat yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili ilə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

10:03 - 27 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin