Müharibə iştirakçılarını yardım adıyla aldadanlar məhkəməyə çıxarılır

 Müharibə iştirakçılarını yardım adıyla aldadanlar məhkəməyə çıxarılır

I Qarabağ müharibəsi iştirakçılarını yardım adıyla aldadaraq pullarını ələ keçirən şəxslərlə bağlı istintaq yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Asayis.az"-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, 2021-ci ilin dekabrın 29-dan bu il iyulun 22-nə kimi Elvin Əliyev qohumu Ənvər Əkbərovla özlərini vəzifəli şəxsi kimi təqdim etməklə bir qrup müharibə iştirakçısını onlara birdəfəlik maddi yardım köçürüləcəyinə inandırıb. Ödəniləcək yardımın 10%-nin əvvəlcədən depozit qismində öz bank hesabına köçürülməsinə və zərərçəkmiş şəxslərin hesablarına mədaxil edilməsinə nail olublar. Onlar 22 nəfər I Qarabağ müharibəsi iştirakçısı və 17 nəfər digər mülki şəxs olmaqla, cəmi 39 nəfər şəxsə aid ümumilikdə 16 min 765  manat pul vəsaitini ələ keçiriblar. O cümlədən 12 min 308 manat məbləğində pul vəsaitini leqallaşdırıblar.

Toplanmış sübutlar əsasında Elvin Əliyev və Ənvər Əkbərova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 (dələduzluq), 193-1.2.1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

11:20 - 26 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin