"Qadının qadınla duetini anlamıram" - Brilliant Dadaşova

"Ümumiyyətlə fikir vermisiniz mənim sənətimdə elə bir şey olmayıb ki, kiməsə müraciət edim, deyim gəl duet oxuyaq. Mənə kim müraciət edirsə, məmnuniyyətlə onlarla duet oxuyuram. Asayis.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova deyib. "Günün sədası" verilişinə dəvət olunan ifaçı, iki xanım müğənninin duetini qəbul etmədiyini açıqlayıb:

"Qadının qadınla duetini sözün düzü anlamıram. Qardaş Türkiyədə olanda menecerlər həmişə deyiblər ki, bəlkə bizimkilərdən kiminləsə oxuyasınız, belə bir fikrim olmayıb. Heç vaxt Ajda Pekkanla da duet fikirləşməmişəm".

10:46 - 25 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin