Kür çayında balıq tutmaq istəyən şəxs batıb

 Kür çayında balıq tutmaq istəyən şəxs batıb

Kür çayında balıq tutmaq istəyən şəxs batıb. Asayis.Az Report-a istinadla xəbər verir ki, hadisə çayın Tovuz rayonun Qədirli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1975-ci il təvəllüdlü Eldəniz Mikayıl oğlu Məmmədov Kür çayında balıq tutan zaman batıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat verilib. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazırda onun axtarışları davam etdirilir.

16:12 - 24 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin