DSX və DİN-dən birgə əməliyyat: Saxlanılanlar var

 DSX və DİN-dən birgə əməliyyat: Saxlanılanlar var

Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərən 5 (beş) nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.

Bu barədə Asayis.Az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, onlar DSX və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabr ayının 23-də saat 01:40-da Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində saxlanılıblar.

Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

15:53 - 24 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin