DİN-dən tıxacda qalmamaq üçün ağlasığmaz üsula əl atan sürücü barədə AÇIQLAMA

 DİN-dən tıxacda qalmamaq üçün ağlasığmaz üsula əl atan sürücü barədə AÇIQLAMA

“Təhlükəsiz şəhər” kameraları vasitəsilə mövcud qanun pozuntusuna yol verən sürücü barədə məlumatlıyıq”. Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, sözügedən qayda pozuntusuna yol verən sürücünü İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə uyğun olaraq 3 bal 60 manat məbləğində cərimə gözləyir:

“Sürücünün kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Şəxs müəyyən edildikdən sonra qanunvericiliyin tələblərinə müvafiq olaraq məsuliyyətə cəlb ediləcək. Qeyd edək ki, sürücünün bu hərəkəti digər sürücülər üçün ciddi təhlükə və qəza şəraitinə yol aça bilərdi”.

18:44 - 23 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin