"Torqovı"da hind klipi çəkildi

Bakının Nizami küçəsində (Torqovı) növbəti dəfə qeyri-adi hadisə yaşanıb.  Asayis.Az xəbər verir ki, bu dəfə paytaxtın məşhur küçəsində hind klipi lentə alınıb. Çəkilişlərdə xeyli rəqqas iştirak edib. Onlar Nizami küçəsində hind musiqisinin sədaları altında xeyli rəqs ediblər. 

Rəngarəng görüntülər ətrafdakılar tərəfindən anbaan lentə alınıb. Sözügedən video sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. 

18:33 - 23 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin