Naxçıvanda ƏDV hiyləsi

 Naxçıvanda ƏDV hiyləsi

Naxçıvan Muxtar Respublikasının marketləri müştərilərə qəbz qaytaran zaman ƏDV vermir. Asayis.Az Baku TV-yə istinadən xəbər verir ki, vətəndaşlar da vəziyyətdən xəbərdardılar.

Məsələ ilə bağlı Naxçıvan Dövlət Vergi Xidmətinin mətbuat katibi Qəzənfər Bayramov açıqlama verib.

O bildirib ki, ƏDV-nin qaytarılması ilə bağlı vətəndaşlar da müraciətlər ediblər. Son 1 ayda Bakıdan dəvət olunmuş operatorların nəzarəti altında yeni nəsil kassaların quraşdırılması işi həyata keçirilir. Artıq 50-yə yaxın mağazada belə aparatlar qurulub.

18:22 - 23 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin