Kamran Əliyev köməkçisinə vəzifə verdi

 Kamran Əliyev köməkçisinə vəzifə verdi

Baş Prokurorluqda yeni təyinat olub. Asayis.Az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş prokurorun böyük köməkçisi Mahir Abbasov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, həmin idarənin rəisi olmuş Ramil Məcidov bir neçə gün əvvəl işdən çıxarılıb.

17:22 - 23 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin