“Xocəsən” Bakı Metropoliteninin sayca 2-ci yerüstü stansiyası oldu

 “Xocəsən” Bakı Metropoliteninin sayca 2-ci yerüstü stansiyası oldu

Bənövşəyi xəttin “Xocəsən” elektrik deposunun ərazisində eyniadlı yerüstü stansiya istismara verilib. Bu, metropolitenin sayca 27-ci və 2-ci yerüstü stansiyasıdır. Asayis.Az xəbər verir ki, Çingizxan küçəsi 55 ünvanında yerləşən “Xocəsən” stansiyası ikimərtəbəlidir. Kompleksin ümumi sahəsi 4204.53 m2, uzunluğu isə 165 metrdir.

Bənövşəyi xətt 7 vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulduğundan xəttin sayca 4-cü stansiyasının platforması da 144 metr uzunluğundadır. 2016-cı ildə istismara buraxılmış xətdə məhz “Xocəsən” stansiyasının istifadəyə verilməsi ilə ilk dəfə yeddivaqonluq qatarlar hərəkət etməyə başlayıb. Buna qədər sərnişindaşıma həcminin tələbatına uyğun olaraq, xətdə beşvaqonluq qatarlar hərəkət edib.

Qatarların Bənövşəyi xətt üzrə “Xocəsən” stansiyasına və əksinə hərəkəti xüsusi cədvəllə təmin olunub. Cədvəllər metropolitenin rəsmi internet saytında dərc edilir.

15:37 - 23 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin