Bakıda qanunsuz tikintilərin qarşısı alındı - FOTO

 Bakıda qanunsuz tikintilərin qarşısı alındı - FOTO

Bakıda qanunsuz tikintilərin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Asayis.Az-a verilən məlumata görə, bu çərçivədə, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolunun 4-cü kilometrliyində və Xətai rayonu, General Şıxlinski küçəsi, 100 ünvanında müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.

15:27 - 23 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin