Ali Məhkəməyə yeni hakimlər təyin edilib - SİYAHI

 Ali Məhkəməyə yeni hakimlər təyin edilib - SİYAHI

Azərbaycan Respublikasının Ali Məhkəməsinə yeni hakimlər təyin edilib. Asayis.Az "report"a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında" layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Respublikasının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.

Layihə səsverməyə çıxarılaraq təsdiqlənib.

15:13 - 23 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin