Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi

 Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi

Məhkəmədə Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb. Asayis.Az APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Məhkəmə şikayəti əsassız hesab edərək təmin etməyib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

14:39 - 23 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin