Bakının ən ucuz yarmarkasında niyə alıcı yoxdur? - FOTO

 Bakının ən ucuz yarmarkasında niyə alıcı yoxdur? - FOTO

Hər il olduğu kimi, bu il də bayramqabağı Bakı və Abşeron ərazisində "Kənddən Şəhərə" yarmarkası təşkil olunub.

Yeni il ərəfəsi həftənin bütün günləri fəaliyyətdə olacaq yarmarkada meyvə-tərəvəz, çərəzlər, ət və süd məhsulları, balıq və bal kimi bir sıra qidalar istehsalçısından alıcısına birbaşa təqdim olunur. 

Asayis.Az xəbər verir ki, BAKU.WS-in əməkdaşı yarmarkadakı məhsullar, qiymətlər və digər məqamlarla bağlı üz tutdu Nərimanov rayonu ərazisində təşkil olunan ünvana...

Soyuq və yağmurlu hava şəraitinin hökm sürdüyü bu günlərdə yarmarkada ziyarətçi baxımdan bir qədər seyrəklik idi. Bunu satıcılar da təsdiqləyir. 

Yarı zarafat, yarı gerçək deyilən bu ifadə isə vəziyyəti tam olaraq əhatə edir: "Yarmarkamızda alıcıdan çox satıcı var".

Satıcılar deyirlər ki, məhsullar mağazalara nisbətən olduqca ucuzdur. Buna baxmayaraq müştərilər elə də çox deyil. 

"Hələ səhər saatlarıdır. Bir azdan satış artacaq. Ancaq yenə də yarmarkaya maraq elə də yüksək deyil. Məhsullarımızı burada satmaq bizə sərf edir, elə alıcıya da. Öz qiymətinə təklif edirik".

Başqa bir sahibkar isə satış qiymətinin aşağılığından gileyləndi:

"Gördüyünüz tərəvəzlərin hər biri öz təsərrüfatımdandır. Xərci, borcun ödəmir. İstixana şəraitində yetişdirdiyim pomidorların 1 kiloqramı 1.20 manata satılsa da alan yoxdur. Mağazalarda kiloqramı 2 manatdan aşağı deyil". 

Alıcılar daha çox meyvə-tərəvəzə üstünlük verirlər. Bunu alış-veriş torbalarından seçmək çətin deyil. Qiymətlərdən qane olanlar da var, gileylənən də...

"Alma, nar, ən əsas da ləpə kimi məhsulları buradan almaq olduqca sərfəlidir. Ancaq naringi evimin yanındakı mağazada daha ucuzdır. Fikrimcə, balın keyfiyyəti burada daha yüksəkdir". 

Əli dolu qarşımıza çıxan alıcı xanım isə məhsula görə razılıq və iradlarını səsləndirdi:

“Hələ dekabrın 31-nə çox var. Ona görə də bayram süfrəsi üçün alış-verişi sonraya saxlamışıq. Gəldim ki, bir az mer-meyvə alım. Düşündüm, qiymətlər daha ucuz olar. Düzdür, əksər məhsulların, tərəvəzlərin, qoz və fındığın qiyməti mağazalara baxanda “şükürlü”dür. Amma naringinin qiyməti marketdə də 1.50-2 manat arasıdır, burada da. Bir o işi yaxşıdır ki, göbələk, göyərti, qatıq və süd təzədir. Baxan kimi hiss edilir ki, əsl kənd məhsuludur”.

Yeri gəlmişkən deyək ki, məhsulların 1 kiloqramına görə satış qiyməti belə idi:

11:06 - 23 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin