Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Dekabrın 22-si saat 21:20-dən dekabrın 23-ü saat 04:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Bəzirxana və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

10:41 - 23 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin