Kremldən Zelenskinin Ağ Evə səfəri ilə bağlı ŞƏRH

 Kremldən Zelenskinin Ağ Evə səfəri ilə bağlı ŞƏRH

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirilən brifinq zamanı Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfərinə münasibət bildirib.

Asayis.Az-ın Gazeta.ru-ya istinadla məlumatına görə, Peskov bildirib ki, Volodimir Zelenskinin ABŞ-yə səfərini Vaşinqtonun Moskva ilə dolayı yolla mübarizə aparmaq istəyi ilə əlaqələndirmək olar.

Onun sözlərinə görə, Zelenski və amerikalı həmkarı Cozef Bayden arasında görüşdə sülhə dair çağırışlar səsləndirilməyib.

Xatırladaq ki, Zelenski dekabrın 21-i ABŞ-yə səfər edərək prezident Cozef Baydenlə görüşüb və ABŞ Konqresində çıxış edib.

17:37 - 22 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin