Prezidentin vəzifə verdiyi şəxs görün kim imiş

 Prezidentin vəzifə verdiyi şəxs görün kim imiş

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Zaur İntiqam oğlu Fəti-zadə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinə sədri təyin edilib.

Asayis.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, Zaur Fəti-zadə Vergilər Xidmətində Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

O bu vəzifədən əvvəl ləğv edilən Vergilər Nazirliyində nazirin müşaviri, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin, Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru vəzifələrini tutub.

Zaur Fəti-zadə vergi general rütbəsini daşıyır.

Qeyd edək ki, Zaur Fəti-zadə 14 aprel 2022-ci ildə vəfat edən maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadənin qardaşı oğludur.

16:23 - 22 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin