Gəncədə sərnişin avtobusu aşıb

 Gəncədə sərnişin avtobusu aşıb

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Asayis.Az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin çıxışında, Nizami Gəncəvi məqbərəsinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan 23 saylı xətt üzrə işləyən sərnişin avtobusunun yoldan çıxaraq dərəyə aşdığı bildirilir.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinə şəhərdaxili sərnişin daşınması ilə məşğul olan avtobusun aşması ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

15:59 - 22 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin