İranın Şiraz əyalətində 3 nəfər barəsində çıxarılan ölüm hökmü icra olunub. Asayis.Az xəbər verir ki, bu barədə Fars əyaləti Məhkəməsinin baş hakimi höccətül-islam Seyid Kazım Musəvi bildirib.
Məlumata görə, onlar Ədilabad həbsxanasında səhər saatlarında asılaraq edam edilib.
Edam olunan 3 şəxs bu il Şirazın park və küçələrində soyuq silahlarla qadınları qarşı soyğunçuluq, təcavüz əməlləri törədib.