FİFA Messi ilə bağlı paylaşımı sildi

 FİFA Messi ilə bağlı paylaşımı sildi

Beynəlxalq Futbol Federasiyası (FIFA) sosial şəbəkələrdə Lionel Messinin tarixin ən böyük futbolçusu adlandırılan paylaşımı silib. Asayis.Az xəbər verir ki, buna səbəb portuqaliyalı hücumçu Kriştiano Ronaldonun fanatlarının paylaşımın altına mənfi şərhlər yazması bildirilib.

Qeyd edək ki, paylaşımda Messi tarixin ən böyük futbolçusu adlandırılmışdı.

Xatırladaq ki, Argentina millisi Qətərdəki dünya çempionatının finalında Fransa millisinə qalib gələrək üçqat dünya çempionu olub.

11:33 - 22 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin