"Bakı Gəmiqayırma Zavodu" MMC-də İdarə Heyəti (İH) yaradılıb. Asayis.Az xəbər verir ki, bu barədə report-a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata görə, Agentliyin İH-nin sədri Elşad Nuriyev bundan sonra həm də zavodda İH-nə rəhbərlik edəcək. İndiyə qədər zavodun direktoru olan İmamverdi Həsənov isə İH-nin üzvü kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, "Bakı Gəmiqayırma Zavodu"nun təsis paylarının 70,21%-i Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
"Bakı Gəmiqayırma Zavodu" MMC-nin direktoru İmamverdi Həsənov vəzifəsindən azad edilib.
Qeyd edək ki, zavoda rəhbərlik Elşad Nuriyevə həvalə olunub.
O həm də İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədridir.
Xatırladaq ki, "Bakı Gəmiqayırma Zavodu" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarına yaxındır. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan zavodda indiyə qədər 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib.