Əmisinin fermasından mal-qara oğurlayan şəxs saxlanılıb

 Əmisinin fermasından mal-qara oğurlayan şəxs saxlanılıb

Quba Rayon Polis Şöbəsinə rayonun Amsar kəndi ərazisində olan fermadan oğurluq edilməsi barədə məlumat daxil olub.

Bu barədə Asayis.Az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən rayon sakinləri Ümid Mehdiyev və İlham Rəcəbli saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 6 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan oğurlamaqla ümumilikdə zərərçəkmişə 6800 (altı min səkkiz yüz) manat ziyan vurublar.

Məlumat üçün bildirək ki, oğurluq edilən ferma İ.Rəcəblinin əmisinə məxsusdur.

Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

17:24 - 21 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin