Argentinalı futbolçuların bu addımı ölkədə narazılığa səbəb oldu - FOTO

 Argentinalı futbolçuların bu addımı ölkədə narazılığa səbəb oldu - FOTO

Dünya Çempionatında Fransanı məğlub edən Argentina hələ də qələbəsini qeyd edir.

Asayis.Az BAKU.WS-ə istinadən xəbər verir ki, ötən gün ölkələrinə qayıdan argentinalı futbolçular bu qələbəni avtobusda mahnı oxuyub əylənərək qeyd ediblər. Lakin onların bəzilərinin hərəkəti yerli əhali tərəfindən qınanılıb. 

Belə ki futbolçu Emiliano Martinez vətəndaşlara üzündə Mbappenin maskası olan oyuncaqla salam verib. Daha sonra Mbappenin oyuncağını digər idmançılar əllərində oynadıblar.

Başqa bir argentinalı futbolçu Papu Qomez isə vətəndaşlara pul səpib. İnsanlar ölkədə maliyyə problemləri yaşandığını bildirərək buna narazılıq ediblər. 

16:31 - 21 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin