Rusiya ordusuna könüllü qoşulan azərbaycanlı iş adamı həlak oldu - FOTO

 Rusiya ordusuna könüllü qoşulan azərbaycanlı iş adamı həlak oldu - FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı iş adamı Qalib İsayev Ukraynadakı müharibədə həlak olub.  Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburqda yaşayan diaspor üzvü Rizvan Şıxızadə məlumat yayıb. O bildirib ki, Q.İsayev Rusiya ordusu sıralarına könüllü olaraq qoşulub və aparılan döyüş əməliyyatlarında həlak olub.

Qeyd edək ki, vəfat edən Q.İsayev əslən Masallının Kolatan kəndindəndir.

13:44 - 21 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin