Daxili İşlər Nazirliyindən əhaliyə MÜRACİƏT

 Daxili İşlər Nazirliyindən əhaliyə MÜRACİƏT

Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib. Asayis.Az xəbər verir ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev BAKU.WS-ə bildirib ki, polis orqanlarının inzibati binasına smartfon telefonlar daxil olmaqla, heç bir foto-video çəkiliş cihazlarının keçirilməsinə icazə verilmir.

“Bu qadağa, polis orqanında çalışan əməkdaşlarla yanaşı, müraciət üçün gələn, dəvət edilən, gətirilən, yaxud digər şəxslərin təhlükəsizliyindən irəli gəlir. Nəzərə alınmalıdır ki, fasiləsiz xidmət göstərən polis cinayət və ya digər hüquqpozmalar törədən şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görür”, - E.Hacıyev qeyd edib.

10:55 - 21 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin