Kəmaləddin Heydərovla bağlı yeni XƏBƏR

 Kəmaləddin Heydərovla bağlı yeni XƏBƏR

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatının (TDT) Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirak etmək üçün qardaş Türkiyə Respublikasına səfərə yola düşüb.

Bu barədə Asayis.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində K.Heydərovun Ankara şəhərində təşkil edilən TDT-nin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirakı, eləcə də Türkiyənin əlaqədar dövlət qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

18:53 - 20 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin