Rusiyada qaz xəttində güclü partlayış - Avropa qiymətləri qaldırdı

 Rusiyada qaz xəttində güclü partlayış - Avropa qiymətləri qaldırdı

Rusiyanın Çuvaşıstan Respublikasının ərazisində magistral qaz kəmərində güclü partlayış baş verib. Asayis.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 3 nəfər həlak olub. 

Məlumata görə, hadisə nəticəsində daha 4 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin Çuvaşıstan Respublikası üzrə Baş İdarəsi qəza yerində yanğının qarşısının alındığını bildirib. İdarə müəyyən edib ki, sıçrayış Urenqoy-Pomarı-Ujqorod magistral yeraltı qaz kəmərinin bir hissəsində planlaşdırılmış təmir işləri zamanı baş verib.

Bundan sonra isə Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 200 dollara qədər yüksəlib.

18:35 - 20 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin