Bakının bu istiqamətində xaos yaşandı

 Bakının bu istiqamətində xaos yaşandı

65 saylı marşrut xəttinin avtobusları yolu keçə bilmədikləri üçün 1 saata yaxın eyni yerdə hərəkətsiz qalmağa məcbur olublar.  

Məsələ ilə bağlı Asayis.Az-a verilən məlumata görə, hadisə bu gün Murtuza Muxtarov küçəsində qeydə alınıb.

Buna səbəb isə avtomobillərin səliqəsiz park edilməsi olub. Nəticədə 65 saylı marşrut xətti üzrə çoxsaylı avtobuslar qeyd edilən istiqamətdə qalıb və hərəkət, 1 saata yaxındır, tamamilə dayanıb.

Baş verən bu kimi hallar marşrut xətti üzrə avtobusların hərəkət müntəzəmliyinin pozulmasına, ictimai nəqliyyata olan inamın azalmasına və maddi itki ilə yanaşı, stressə səbəb olur.

15:48 - 20 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin