Üç yaşlı uşaq anasının sırğasını uddu

 Üç yaşlı uşaq anasının sırğasını uddu

Şəkidə üç yaşlı uşaq anasının sırğasını udub. Asayis.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Şəhər sakini 2019-cu il təvəllüdlü Fərrux Fərruxlu yad cisim udması ilə bağlı Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Müayinə zamanı 3 yaşlı uşağın anasına məxsus sırğanı udduğu məlum olub. F.Fərruxluya ilkin yardım göstərildikdən sonra yad cismin çıxarılması üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 

14:10 - 20 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin