Şahin Bağırov polkovniki işdən çıxardı

 Şahin Bağırov polkovniki işdən çıxardı

Dövlət Gömrük Komitəsində (DGK) daha bir vəzifəli şəxs işdən çıxarılıb. Asayis.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polkovnik Bərzani Həsənov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.

13:59 - 20 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin