Dörd il əvvəl ölən adamın adına radar cəriməsi gəldi

 Dörd il əvvəl ölən adamın adına radar cəriməsi gəldi

Sabirabadda ölən şəxsin adına radar cəriməsi gəlir.

Asayis.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Məlumata görə, vətəndaşın 4 il öncə vəfat edən atasının adına hələ də cərimələr gəlməyə davam edir. Həmin şəxsin oğlu atasının məzarına gələrək özünəməxsus şəkildə ona müraciət edərək etiraz edib.  

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, görüntülərdən xəbərdardırlar. Məsələ araşdırılır. 

12:59 - 20 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin