Sevda Yahyayeva ana oldu

 Sevda Yahyayeva ana oldu

Müğənni Sevda Yahyayeva ana olub. Asayis.Az xəbər verir ki, ötən gecə sənətçinin qızı dünyaya gəlib. Bu barədə Sevda özü məlumat verib. O övladı ilə yeni fotosunu izləyiciləri ilə paylaşıb.

Sevda paylaşımına "Ana olmaq çox gözəl hissdir. Ayla 3 kiloqram çəkidə, 52 santimetr boyunda dünyamıza gəldi. Dünyamızı gözəlləşdirdi. İnşallah, həmişə başımızın tacı olar" sözlərini də əlavə edib. 

Xatırladaq ki, müğənni həkim-genetik Zakir Bayramovla evlidir. Cütlük ötən il ailə həyatı qurub. 

10:00 - 20 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin