Avtoxuliqanlıq edən qazi tutuldu

 Avtoxuliqanlıq edən qazi tutuldu

Gəncədə İkinci Qarabağ müharibəsi iştirakçısı Qoşqar Həsənov saxlanılıb. Asayis.Az BAKU.TV-yə istinadən xəbər verir ki, buna səbəb qazinin idarə etdiyi "VAZ" markalı avtomobili ilə yol hərəkəti qaydalarını pozması olub. Onun bu addımı insanlarda haqlı narazılıq yaradıb.

Bundan sonra Qoşqar Həsənov və valideynləri Gəncə Şəhər Baş Polis İdarəsinə dəvət edilib. O, bir ay müddətinə inzibati qaydada həbs edilib. 

18:11 - 19 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin