Messinin yanına qaçan Nüsrət biabır oldu

 Messinin yanına qaçan Nüsrət biabır oldu

Türkiyəli məşhur aşpaz Nüsrət Gökce Qətərdəki görüntüləri ilə gündəm olub.  Asayis.Az xəbər verir ki, futbol oyunundan sonra matçın keçirildiyi arenaya gələn Gökce Argentinanın hücumçusu Lionel Messi ilə şəkil çəkdirmək istəyib. Bu zaman komanda yoldaşları ilə görüşən Messi Nüsrəti görməzdən gəlib. 

Daha sonra aşpaz Argentina yığmasının digər üzvü Angel di Maria ilə də foto və video çəkdirib. Onun "Wow" deyərək qəribə ağız hərəkəti etməsi di Marianın təəccübünə səbəb olub. 

16:04 - 19 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin