Hollivud ulduzu Tom Kruz filmi üçün təyyarədən tullanıb. Asayis.Az-ın məlumatına görə, aktyor bu barədə görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
"Hər kəsə salam, biz heyrətamiz Cənubi Afrikanın üzərindəyik", - deyə Kruz videoda bildirir. O həmçinin filmin uğuruna görə pərəstişkarlarına təşəkkür edib.
Qeyd edək ki, Tom Kruz ən çətin səhnələrdə dublyora ehtiyac görməyərək özünü riskə atan məşhurlardandır.