Yasamalda bu göl qurumağa başlayıb - Video

 Yasamalda bu göl qurumağa başlayıb - Video

Bakının Yasamal rayonu ərazisində yerləşən gölün getdikcə quruduğu iddia edilir.

Asayis.az Xəzər TV-yə istinadən xəbər verir ki, iddialara görə, ətrafında yaşayış binaları yerləşən göl bir neçə il əvvələ kimi geniş ərazini əhatə edib, ancaq sonradan qurumağa başlayıb.

Ətrafdakı şəxslərin sözlərinə görə, bu gölə xüsusi nəzarət olunur və heç bir tullantı suları axıdılmır. Quruma da illər əvvələ aiddir.

Vətəndaşlar isə ümumi olaraq su hövzələrinin, göllərin qurumasını müsbət qarşılamırlar. Onlar hətta abadlaşdırılma işlərinin aparılmasını daha məqsədəuyğun hesab edirlər.

01:32 - 23 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin