İstanbuldan gələn sərnişindən 60 minlik mallar aşkarlandı

 İstanbuldan gələn sərnişindən 60 minlik mallar aşkarlandı

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində müxtəlif brendlərə aid malların gömrük nəzarətindən gizli şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Asayis.az komitəyə istinadla xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Bakı-Tiflis reysi ilə tranzit qaydada gömrük nəzarəti zonasını tərk edərkən saxlanılıb və onunla qanunvericiliyə uyğun olaraq sorğu-sual aparılıb.

Həmin şəxs hava limanının sanitar qovşağında içərisində qızıl-zinət əşyaları və saatlar olan bir ədəd bağlama gizlətdiyini bildirib. Yoxlama zamanı həmin bağlamadan tanınmış brendlərə aid, ümumilikdə dəyərləri 59 min 500 manatdan çox olan 2 ədəd qol saatı, 3 ədəd bilərzik, 1 cüt sırğa, aksesuarlar aşkar edilib

Faktla bağlı araşdırma aparılır.

18:26 - 20 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin