Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov yaşıllıq ərazisini zəbt edib?

 Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov yaşıllıq ərazisini zəbt edib?

Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfovun Cəlal Qurbanov küçəsi, 6 ünvanında yerləşən yaşıllıq ərazisini sənədləşdirərək zəbt etdiyi iddia olunur.

Əgər sözügedən ərazi ümumi istifadədə olan yaşıllıq sahəsidirsə, onun qanunsuz olaraq xüsusi mülkiyyətə keçirilməsi ciddi hüquqi məsuliyyət yarada bilər.

Maraqlıdır, bələdiyyə sədri hansı hüquqi əsaslarla belə bir addım ata bilər? Həmin torpaq sahəsinə hansı qurum tərəfindən sənəd verilib və bu proses qanunvericiliyin tələblərinə uyğun həyata keçirilibmi?

Qarşı tərəfin mövqeyini dərc etməyə maraqlıyıq.

15:45 - 20 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin