Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində tikinti işlərinin aparıldığı şantiyələrdən birində yanğın hadisəsi qeydə alınıb.
Məlumata görə, yanğın şirkətlərdən birinə məxsus tikinti sahəsində baş verib. Hadisəyə müdaxilə edilib, yanğın söndürülüb.
İlkin məlumata əsasən, hadisə ilə bağlı xəsarət alanların olub-olmaması, eləcə də yanğının hansı səbəbdən baş verməsi barədə hələlik məlumat yoxdur.
Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.
