Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü

 Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü

Şəmkir sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

Asayis.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Tural Bağırov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəmkir rayon Şöbəsinə aparılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

14:06 - 20 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin