Bakıda asfalt sərnişinlərin üstünə tökülür – Video

 Bakıda asfalt sərnişinlərin üstünə tökülür – Video

“Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxışlarının birində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı aparılan işlər sərnişinləri təəccübləndirib.

Sərnişinlərdən birinin Asayis.az-a təqdim etdiyi videodan görünür ki, metronun çıxışında hansısa məhdudiyyət tətbiq edilmədən asfaltın üstün yenilənməsi üçün qazılaraq götürülür.

Xüsusi texnika ilə bu işlər görülən zaman asfalt qırıntıları metro keçidinə də tökülür və sərnişinlərin narahatlığına səbəb olur.

16:16 - 20 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin